Azərbaycan mayda neft hasilatı ilə bağlı öhdəliyini tam yerinə yetirib | Banco.az

Azərbaycan mayda neft hasilatı ilə bağlı öhdəliyini tam yerinə yetirib

Respublikada may ayı üzrə gündəlik neft hasilatı 776 min barel olub.

Energetika Nazirliyindən verilən məlumata görə, bunun 699 min barelini xam neft, 77 min barelini kondensat təşkil edib. Gündəlik 494 min barel xam neft, 75 min barel kondensat, 14 min barel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar-may aylarında orta gündəlik neft hasilatı 771,2 min barrel təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Energetika Nazirliyi mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısı üçün nəzərdə tutulub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et