Azərbaycan ixraca görə dünyada 72-ci yerdədir | Banco.az

Azərbaycan ixraca görə dünyada 72-ci yerdədir

Azərbaycanın 177 ölkə ilə ticarət əlaqələri var ki, bunlardan ən əsasları Türkiyə, Rusiya, Almaniya, İtaliya, Fransa və ABŞ kimi ölkələrdir. Bu ilin iyul ayında Azərbaycanın 21 milyard dollarlıq xarici ticarət əlaqələri aparmışdır. Bunun 12 milyard dolları ixrac, qalan 9 milyard dolları isə idxal olunub. İdxal məhsulları arasında maşın və avadanlıqlar, əczaçılıq məhsulları, metallar, tütün məhsulları üstünlük təşkil edir. İxrac məhsullarını neft və qeyri-neft məhsullarına ayırdıqda, ixracın əsas hissəsini neft və neft məhsulları təşkil edir. Ölkəyə ixracdan gələn gəlirin 80%-dən çoxu neft və neft məhsullarının satışından gələn gəlirlərdir. Bu gəlirlərin 78%-ni, məbləğlə desək, 9.5 milyard dollar xam neft və xam neft məhsullarının payına düşür. Bu göstərici ölkənin neftdən nə qədər asılı olduğunu açıq-aydın göstərir. Yerdə qalan nisbətin yarısı isə təbii qazın ixracının payına düşür. İxracın qalan 9-10%-ni qeyri-neft məhsulları təşkil edir ki, onlardan da meyvə-tərəvəz, kimya sənaye məhsulları, pambıq, çay, bitki yağı daha çox ixrac olunur. Qeyri-neft sektorundan ən çox (345 milyon dollar) meyvə-tərəvəz ixracının strukturuna nəzər yetirdikdə, tomat (141 milyon dollar), fındıq (72 milyon dollar), alma (16 milyon dollar), xurmanı (18 milyon dollar) görə bilərik.

Həmçinin bax: Hansı MDB ölkəsindən daha çox əmtəə və xidmətlər idxal edirik? 

 

Malın adı Dəyəri (min ABŞ dolları)
Xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları 9 541 342
Təbii qaz 1 262 497
Meyvə-tərəvəz 345 342
Neft məhsulları 306 725
Plastmassa və onlardan hazırlanan məmulatlar 119 359
Pambıq lifi 83 104
Alüminium və ondan hazırlanan məmulatlar 62 787
Kimya sənayesi məhsulları 57 238
Elektrik enerjisi 56 546
Qara metallar və onlardan hazırlanan məmulatlar 37 607
Alkoqollu və alkoqolsuz içkilər və sirkə 17 358
Pambıq iplik 17 330
Şəkər 16 531
Bitki və heyvan mənşəli piylər və yağlar 10 220
Çay 5 299

Ən çox ixrac edən ölkələr sırasında isə Çin 2 trilyon dollar ilə bütün ölkələrdən öndədir. Növbəti ölkə isə 1.5 trilyon dollar ilə ABŞ-dır. Azərbaycan dünya ölkələr sırasında öz ixracının həcminə görə 72-ci yerdə qərarlaşmışdır.

Ölkələr İxrac (milyard ABŞ dolları)
1 Çin 1990
2 ABŞ 1456
3 Almaniya 1322
4 Yaponiya 634,9
5 Cənubi Koreya 511,8
6 Fransa 507,0
7 Honq Konq 502,5
8 Niderland 495,4
9 İtaliya 454,1
10 Birləşmiş Krallıq 407,3
11 Kanada 393,5
12 Meksika 374,3
13 Sinqapur 361,6
14 İsveçrə 318,1
15 Tayvan 310,4
16 BƏƏ 298,6
17 Rusiya 281,9
18 İspaniya 280,5
19 Belçika 277,7
20 Hindistan 268,6
21 Tayland 214,3
22 İrlandiya 206,0
23 Polşa 195,7
24 Avstraliya 191,7
25 Braziliya 184,5

 

Ən sərfəli kredit üçün müraciət et

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et