Azərbaycan iqtisadiyyatında işləyənlərin sayı və əmək haqları açıqlanıb | Banco.az

Azərbaycan iqtisadiyyatında işləyənlərin sayı və əmək haqları açıqlanıb

Ötən il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 505,9 min nəfər olub və onlardan 901,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 604,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Məlumata görə, muzdla işləyənlərin 22,7%-i təhsildə, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3%-i sənayedə, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,7%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17,1%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 419 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et