Azərbaycan iqtisadiyyatında artım sürətlənib | Banco.az

Azərbaycan iqtisadiyyatında artım sürətlənib

2019-cu ilin yanvar-may aylarında ölkədə 30 milyard 608,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-aprel aylarında ölkədə 23 milyard 813,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

ÜDM istehsalının 46,0 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Əhalinin hər nəfərinə düşən ÜDM 3099,0 manata bərabər olmuşdur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et