Azərbaycan iqtisadiyyatında artım sürətləndi | Banco.az

Azərbaycan iqtisadiyyatında artım sürətləndi

2019-cu ilin yanvar-fevral aylarında ölkədə 11 milyard 484,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar ayında ölkədə 5 milyard 929,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çox ümumi daxili məhsul istehsal edilmişdi.

ÜDM istehsalının 47,2 faizi sənayenin, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,4 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Əhalinin hər nəfərinə düşən ÜDM 1163,8 manata bərabər olmuşdur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et