Azərbaycan I rübdə 101 mln. dollarlıq neft məhsulları ixrac edib | Banco.az

Azərbaycan I rübdə 101 mln. dollarlıq neft məhsulları ixrac edib

Bu ilin I rübündə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 201 940 ton həcmdə neft məhsulları ixrac edib.

Verdiyi xəbərə görə, bu həcmdə neft məhsullarının dəyəri 100,987 mln. ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 27%, dəyəri isə 26% az olub.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,25% olub.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et