Azərbaycan hökuməti büdcə üçün neftin qiymətini aşağı saldı | Banco.az

Azərbaycan hökuməti büdcə üçün neftin qiymətini aşağı saldı

2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barrelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülmüşdür.

Bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

"Bütövlükdə, orta müddətli dövr üçün də icmal və dövlət büdcəsinin layihələri hazırlanarkən həmin qiymətin əsas götürülməsi planlaşdırılır",- açıqlamada deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2019-cu il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin birbarrelinin qiyməti 60 dollar götürülüb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et