Azərbaycan Gürüstandan avtomobil idxalını 2,5 dəfə artırıb | Banco.az

Azərbaycan Gürüstandan avtomobil idxalını 2,5 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 5 034 ədəd avtomobil idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. 

Son 1ildə qonşu ölkədən alınmış minik avtomobillərinin ümumi dəyəri isə 46,9% artaraq  54,015 mln. ABŞ dolları təşkil edib.

 

4 AYDA 11 695 AVTOMOBİL İDXAL OLUNUB

Azərbaycanın Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 2019-cu ilin Yanvar- Aprel ayları ərzində Azərbaycana 11 min 695 ədəd cəmi nəqliyyat vasitəsi idxal olunub. Bu, 2018-ci ilin Yanvar- Aprel dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Ötən ilin Yanvar-Mart dövründə ölkəmizə 5 min 310 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində isə 3 min 717 ədəd nəqliyyat vasitəsi idxal edilib. Mart ayı ilə müqayisədə Apreldə nəqliyyat vasitəsi idxalı 908 ədəd çox olub. 

O cümlədən, 2019-cu ilin Yanvar-Aprel aylarında 10 min 614 ədəd minik avtomobili, 53 ədəd avtobus, 974 ədəd yük avtomobili və 54 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

​Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-Aprel dövründə 4 min 785 ədəd minik avtomobili, 23 ədəd avtobus, 477 ədəd yük avtomobili və 25 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

Report.az, Marja

Ən sərfəli krediti almaq üçün müraciət et