Azərbaycan Gürcüstandan keçməklə Türkiyə və Avropaya elektrik enerjisi ixrac edir | Banco.az

Azərbaycan Gürcüstandan keçməklə Türkiyə və Avropaya elektrik enerjisi ixrac edir

Sentyabrın 18-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natela Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə "Azərenerji" ASC-nin prezidenti Baba Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Bu barədə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib. T.Abdullayevin sözlərinə görə, görüşdə Azərbaycanla Gürcüstan enerji sistemlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ölkəmizin ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır və eyni zamanda, Azərbaycanın Türkiyə və Avropaya ötürdüyü elektrik enerjisi məhz Gürcüstandan keçməklə ixrac edilir.

Ən sərfəli kredit üçün müraciət et

Görüşdə texniki məsələlər, ölkələr arasında tranzit xarakterli yüksəkgərginlikli elektrik ötürmə xətlərinin hazırkı vəziyyəti, tikilməkdə olan Ağstafa-Qardabani xəttində işlərin gedişi və Azərbaycan-Gürcüstan-Türkiyə, Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya enerji həlqəsi geniş müzakirə olunub.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et