Azərbaycan gələn il sosial ipotekaya 40 mln. manat ayıracaq | Banco.az

Azərbaycan gələn il sosial ipotekaya 40 mln. manat ayıracaq

Azərbaycanın 2014-cü il dövlət büdcəsinin layihəsində ölkədə sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 40 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur.

Bu, «Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı»nda deyilir.

Qeyd edək ki, gələn il ayrılması planlaşdırılan vəsaitlərin həcmi 2013-cü il üçün ayrılması nəzərdə tutulan vəsaitlərin həcminə bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Təqdimata əsasən, fəaliyyətə başladığı dövrdən (2014-cü il nəzərə alınmaqla) dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına Azərbaycan İpoteka Fondunda 216 mln. manat həcmində vəsait ehtiyatı yaranacaq.

apa.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et