Azərbaycan fondu 51 ton qızıl alıb | Banco.az

Azərbaycan fondu 51 ton qızıl alıb

2018-ci ilin dekabr ayının sonuna Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınan qızılın ümumi həcmi 50 min 953,3 kq təşkil edir. Bu barədə Fonddan məlumat verilib.

“2018-ci ilin sonuna ARDNF-nin investisiya portfeli strukturunda qızılın payı  2 mlrd. 93,09 mln. dollar məbləğində 50 min 953,3 kq (1 mln. 638 min 186,3 troya unsiyası) təşkil edir”, - Fonddan bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

“Fond qızıl külçələrə investisya yatırmaq məqsədilə həmçinin “AzerGold” ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır”, - Fonddan qeyd ediblər.

Vurğulanıb ki, qızıl alışı təqvim ili ərzində partiyalarla həyata keçiriləcək.

©  “İnterfaks-Azərbaycan” 

Ən sərfəli krediti almaq üçün müraciət et