Azərbaycan dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır | Banco.az

Azərbaycan dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır

Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat, xərcləri 24 780,1 mln. manat proqnozlaşdırılır.

2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür.

Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 60-70 dollar ətrafında proqnozlaşdırılması və digər qlobal amilləri nəzərə almaqla 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 11 553,2 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 3,3%, 2017-ci ilin icrası ilə müqayisədə 10,9% çoxdur.

2019-cu il dövlət büdcəsinin gəlirlərinin 59,8%-i və ya 13 700,3 mln. manatı neft sektorunun, 40,2%-i və ya 9 217,2 mln. manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 2,7% çox, qeyri-neft sektorunun gəlirləri isə 4,7% çoxdur.

Gələn il dövlət büdcəsinin kəsirini yuxarı həddi 1 862,6 mln. manat məbləğində nəzərdə tutulur. Onun maliyyələşdirilməsi dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından, xaricdən cəlb olunann kreditlər və özəlləşmədən daxilolmalar hesabına həyata keçiriləcək. 2019-cu il dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 2,3% təşkil edəcək.

Qeyd edək ki, aparılmış struktur dəyişikliyənə əsasən növbəti ildən xaricdən cəlb edilmiş kreditlər(1 695,6 mln. manat) icmal büdcənin xərclərindən çıxarılaraq dövlət büdcəsinin xərclərinə əlavə edildiyinə görə, həmin vəsait icmal büdcənin kəsirinin maliyyələşdirilməsinə deyil, dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək.

Xatırladaq ki, 2018-ci il dürüstləşmiş dövlət büdcəsinin gəlirləri 22 149 mln. manata, xərclər 23 100 mln. manat təşkil edir.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et