Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı üzrə investisiya portfelini 1,5 dəfə artırıb | Banco.az

Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı üzrə investisiya portfelini 1,5 dəfə artırıb

Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam Bankçılığı departamentinin investisiya portfelinin həcmi ilin əvvəlindən 1,5 dəfə artaraq 2014-cü il sentyabr ayının sonuna 175,7 mln. manat təşkil edib.

Bankdan verilən məlumata görə, bu ilin 9 ayı ərzində əhalinin (hazırda ABB-nin İslam bankçılığı departamentinin fəaliyyəti Bakı şəhərini əhatə edir) İslam qaydaları əsasında banka qoyduğu əmanətlərin həcmi 10 dəfəyə qədər artıb. Belə ki, bu ilin yanvar ayında bu məbləğ 1,69 mln. manat idisə, oktyabrın əvvəlinə 10,1 mln. manat olub.

Son iki il ərzində ABB-nin İslam Bankçılığı departamenti tərəfindən beynəlxalq maliyyə bazarından 218,7 mln. ABŞ dolları məbləğində vəsait cəlb olunub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABB ölkədə İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış “İslam pəncərəsi”nin açılması haqqında 2012-ci ilin sentyabrında elan edib. Az sonra ABB-nin İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı departamenti yaradılıb. ABB-nin “İslam pəncərəsi” aprel ayından müştərilərə xidmət göstərir. Bank tərəfindən təklif edilən xidmətlərin spektrinə İslam bankçılığının icarə - ənənəvi lizinqin analoqu, vəkalə depozit – ənənəvi depozitin analoqu, İslam bank kartları, Qard Hasan hesablarının açılması daxildir.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et