Azərbaycan Beynəlxalq Bankı 160 mln. dollar həcmində kredit cəlb edib | Banco.az

Azərbaycan Beynəlxalq Bankı 160 mln. dollar həcmində kredit cəlb edib

Azərbaycan Beynəlxalq Bankı (ABB) 160 mln. ABŞ dollar həcmində ikili valyuta ilə sindikatlaşdırılmış kredit cəlb edib.

Bankdan verilən məlumata görə, 2014-cü ilin aprelin 9-da ABB 1 il müddətində 48 mln. dollar və 81 mln. avroluq tranş olmaqla, ümumi həcmi 160 mln. dollar dəyərində sindikatlaşdırılmış kreditin cəlbi ilə bağlı Amsterdam Trade Bank N.V., Citibank, N.A., London (Citi), Commerzbank Aktiengesellschaft (Commerzbank), ING Bank N.V., J.P. Morgan Limited and Raiffeisen Bank International AG (RBI). Citi ilə müqavilə imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, əvvəl kreditin məbləğinin 125 mln. dollar olacağı elan edilib. Maliyyə institutlarının böyük marağı olduğundan son məbləğ iştirakçıların ilkin təklif etdiyi məbləğdən 28%, yəni 35 mln. dollar çox olub. Bu cür böyük maraq beynəlxalq səhmdarların Azərbaycanın bank sisteminə və ABB-yə əminlik və inamın artdığını nümayiş etdirir.

Cəlb olunmuş maliyyə vəsaiti korporativ məqsədlərə sərf olunacaq.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et