Azərbaycan banklarının aktiv və passivlərinin strukturu | Banco.az

Azərbaycan banklarının aktiv və passivlərinin strukturu

Banco.az saytı olaraq Azərbaycan Mərkəzi Bankının açıqladığı son hesabatlara istinadən bank sisteminin aktiv və passivlərinin ümumi strukturunu təhlil etdik.

Bankların aktivlərinin ümumi həcmi artsa da, onun kateqoriyalar üzrə artım tempi fərqlənir. 

Bank haqqına az məlumatlı insanlarda formalaşmış streotiplərdən biri bankların pul vəsaitlərinin xüsusi çəkisinin yüksək olması ilə bağlıdır. Halbuki nağd vəsaitlərin çəkisinin normadan yüksək olması bankın aktivlərini düzgün istifadə edə bilməməsi, cəlb edilmiş resursları (passivləri) effektiv yerləşdirə bilməməsi ilə bağlıdır. Bu səbəbdən də gördüyümüz kimi bank aktivlərinin strukturunda nağd vəsaitlər 4%-lə ən aşağı xüsusi çəkiyə malikdir.

Yanvar-sentyabr ayına olan aktivlərin həcmi 23546,88 min manat olaraq qiymətləndirilir. Müştərilərə verilmiş kreditlər isə 15 986,3 min manat olmaqla aktivlərin 67.9%-i təşkil edir.

Bankların müxbir hesabları dedikdə, nostro və loro hesablar (bununla yanaşı, AMB-ə qarşı tələblər və s.) nəzərdə tutulur. Nostro hesablar bankların aktivlərini təşkil edir və onun maliyyə institutlarında olan vəsaitlərini əhatə edir. Bu vəsaitlər əsasən nağdsız hesablaşmaların operativliyini təmin etmək məqsədilə bu və ya digər xarici və yerli banklarda saxlanılır. Banklar öz vəsaitlərinin yalnız 6.7%-i (1 584,7 mln manat) müxbir hesablarda saxlayırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bank passivlərinin strukturu daha sadə xarakter daşıyır və bank vəsaitlərinin formalaşma mənbələrini göstərir. Vəsaitlərin formalaşma mənbələrinə müştərilərdən depozitlərin cəlb edilməsi, digər banklardan kreditlərin götürülməsi, başqa bankların depozitləri, bankın kapitalı və s. kimi kateqoriyaları göstərmək olar. Bankların fəaliyyət sferalarını nəzərə alsaq, müştərilərdən cəlb edilmiş depozitlərin passivlərin 43,21%-i (10 174,60 mln manat) təşkil etməsi heç də təəccüblü deyil. Digər ən böyük kateqoriya isə banklardan götürülmüş kreditlərdir ki, onlar da bank passivlərinin 33,87%-i (7 976.20 mln manat) təşkil edir. 

Ayrı-ayrı bankların müxtəlif rüblər üzrə əsas maliyyə göstəriciləri ilə tanış olmaq üçün diqqətinizə "Bankların əsas göstəriciləri" bölməsini təqdim edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et