Azərbaycan bankları üçün YENİ RƏQİB YARANIR | Banco.az

Azərbaycan bankları üçün YENİ RƏQİB YARANIR

Azərbaycanın maliyyə xidmətləri bazarına tədricən yeni oyunçu daxil olmaqdadır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində olan «Azərpoçt» maliyyə sektorundakı fəaliyyətini genişləndirməkdədir. Artıq burada kredit verilməsi və əmanət qəbulundan başqa, demək olar ki, bütün bank və maliyyə xidmətləri göstərilir.
 
2011-ci ildən maliyyə xidmətlərinin göstərilməsinə başlayan «Azərpoçt»da hazırda kassa hesablarının yaradılması və onlara xidmət, bank kartlarının buraxılması, bank köçürmələri və sair xidmətlər var. 2012-ci ildən «Masterkart» emissiya sisteminin tamhüqüqlu üzvü olan şirkət kart təsərrüfatını sürətlə genişləndirməkdədir.
 
1500 filial və şöbə
«Azərpoçt»un geniş filial şəbəkəsi var. Hazırda ölkədə 1500-ə yaxın poçt şöbəsi var, hətta ucqar kəndlərdə də poçt şöbələri mövcuddur. 2011-ci ilədək bunlar sadəcə poçt şöbəsi idilərsə, maliyyə xidmətlərinin göstərilməmindən sonra bu sistem faktiki olaraq böyük bank və maliyyə şəbəkəsinə çevrilməək potensialı qazanıb. «Azərpoçt»un özündə də gizlətmirlər ki, bu  şəbəkədən maliyyə xidmətlərinin daha da dərinləşdirilməsi və yayılması üçün istifadə edəcəklər.
 
Kart bazarına daxil olub
Poçt operatorunun daha bir üstünlüyü kart təsərrüfatı, o cümlədən əmək haqqı kartlarıdır.  Hazırda şirkətin kartlarının sayı 103 min 099 ədəddir. Geniş filial şəbəkəsi sayəsində şirkət ölkənin istənilən yerində kartla əmək haqqı ödəməyə qadirdir. «Azərpoçt»un korporativ müştərilərlə əmək haqqı layihələri vasitəsilə 30 minə yaxın şəxs öz əmək haqqını şirkətin kartları ilə alır. Azərpoçtda bildirirlər ki, buradakı kartlar müasir bank kartlarındakı bütün xüsusiyyətlərə malikdir. O cümlədən internet və mobil bankinq xidmətləri ilə inteqrasiya olunub.
 
Büdcə işçilərinə əmək haqqı prosesinə qoşula bilər
Yeri gəlmişkən, son vaxtlar büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə çalışan hökumət büdcə təşkilatları işçilərinə əmək haqqı verilməsi üçün operatoru seçimi edərkən özəl sektor bankları ilə yanaşı, dövlətə məxsus olan bu şəbəkənin imkanlarını nəzərdən keçirə bilər. Məsələ bundadır ki, «Azərpoçt» rəsmilərinin fikrincə, buradakı kartlar üzrə tariflər bank sektorundakı digər alternativlərlə müqayisədə daha aşağıdır. Bunların 30 mindən çoxu məhz əmək haqqı kartlarıdır. Böyük ehtimalla bunun üçün imkanlar artıq nəzərdən keçirilməkdədir.
 
İş adamları üçün kassa hesabları
Maraqlı xidmələrdən biri kassa hesabı açmaq və ona xidmətlərdir. Ölkədə aparılan nağdsız ödənişlərin stimullaşdırılması və bununla bağlı getdikcə sərtləşən qaydalar nəticəsində getdikcə daha çox fiziki şəxs bank hesabı açmalı, müəssisələr isə nağdsız dövriyələrini azaltmalı olurlar. Bu yeniliklər nağd dövriyyənin geniş yayıldığı regionlarda xüsusilə təsirli olacaq. Azərpoçtun geniş filial şəbəkəsi bu tələbatı tamamilə uyğundur. Elə indi də poçt operatoru minlərlə hüquqi və fiziki şəxsin hesablarına xidət edir. Hazırda fiziki şəxslər tərəfindən 80 mindən artıq cari hesab açılıb, burada hesab açan müəssisələrin sayı isə 2 850-dən artıqdır.
 
Posterminal da satacaq
İş adamları üçün isə poçt operatorunun digər maraqlı xidməti posterminallar ola bilər. Hazırda Azərpoçtun nağdlaşdırma üçün 190 ədəd, nağdsız əməliyyatlar üçün isə 98  posterminalları var, həm də ticarət və xidmət müəssisələrindəki ənənəvi posterminallarını da təqdim etməyə başlayıb. Bunların arasında məsafədən idarə olunan kontaktsız posterminallar da var.

Ən sərfəli kredit üçün müraciət et

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et