Azərbaycan avtomobil idxalını 55% artırıb | Banco.az

Azərbaycan avtomobil idxalını 55% artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 4 468 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 589 ədəd və yaxud 55,19% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu avtomobillərin idxalı 67 ədəd və yaxud 2,5 dəfə artaraq 111, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu avtomobillərin idxalı 1 316 ədəd və yaxud 53,17% artaraq 3 791, yük avtomobillərinin idxalı 219 ədəd və yaxud 73% artaraq 519, xüsusi təyinatlı motorlu avtomobillərin idxalı isə 13 ədəd və yaxud 21,67% azalaraq 47 olub.

Ən sərfəli krediti almaq üçün müraciət et