Azərbaycan 1 ildə Türkiyəyə 500 milyon dollardan çox investisiya qoyub | Banco.az

Azərbaycan 1 ildə Türkiyəyə 500 milyon dollardan çox investisiya qoyub

2018-ci ildə Azərbaycanın Türkiyədə investisiyaları 516 milyon dollar olub.

Bu barədə Türkiyə Mərkəzi Bankına istinadən məlumat verilir.

Bununla yanaşı, Azərbaycanın Türkiyəyə birbaşa investisiyalarının payına 489 milyon dollar düşür.

Ən sərfəli kredit üçün müraciət et

İl ərzində Azərbaycandan Türkiyəyə ən çox sərmayə (178 milyon dollar) noyabrda, ən az isə (13 milyon dollar) dekabrda qoyulub. Türkiyəyə yatırılan bütün investisiyaların təqribən 8 faizi Azərbaycanın payına düşür.

Ümumilikdə ötən il Türkiyəyə xarici investisiyaların məbləği 6,5 milyard dollar təşkil edib.

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et