Azərbaycan 1-ci rübdə pomidor ixracını 8% artırıb | Banco.az

Azərbaycan 1-ci rübdə pomidor ixracını 8% artırıb

Azərbaycan 2019-cu ilin I rübündə 25 milyon 456 min dollar dəyərində pomidor ixrac edib.  

"I rübdə Azərbaycan 25 milyon 456 min dollar dəyərində 21 min 371 ton pomidor ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 7,7%, dəyər ifadəsində 6,1% artıb", - deyə məlumatda bildirilir.

Hesabat dövründə pomidorun əsas idxalçısı Rusiya olub. Belə ki, cari ilin yanvar-mart aylarında Rusiyaya 25 milyon 392 min dollar dəyərində 21min  303  ton pomidor (bütün ixracın 99,7%-i) ixrac olunub. 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 7,8%, dəyər ifadəsində 6,3% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Xəbər verildiyi kimi, Azərbaycan 2018-ci ildə 177 milyon 380,78 min dollar dəyərində 171 min 921  ton pomidor ixrac edib. Bu dövrdə də pomidorun əsas idxalçısı Rusiya olub. Bu ölkəyə 176 milyon 263,12 min dollar dəyərində 170 min 315 ton pomidor ixrac olunub.

©  “İnterfaks-Azərbaycan”

Ən sərfəli krediti almaq üçün müraciət et