Azərbayanda yeni sığorta məhsulları yaranacaq | Banco.az

Azərbayanda yeni sığorta məhsulları yaranacaq

Qarşıdakı illərdə Azərbaycanda yeni sığorta məhsulları yaranmalıdır. Bu barədə fins.az-a Türkiyənin  "Istanbul Underwriting Center" sığorta brokeri şirkətinin idarə heyətinin sədri Menekşe Ucaroğlu bildirib. Onun sözlərinə görə, sığortanın həm könüllü, həm də icbari növləri üzrə yeni məhsullar təklif olunacaq: "Fikrimcə, müxtəlif hallarla bağlı icbari sığortalar arta bilər - məsələn, Türkiyədə təhlükəli maddələr satanların sığortası icbaridir". Digər tərəfdən ekspertin sözlərinə görə, gələcəkdə məsuliyyət sığortalarının sayı və növləri artacaq: "Sizdə məsuliyyət sığortaları azdır. Təhsil sıığortası, fərdi qəza sığortası və s. da artmalıdır. Hərçənd Azərbaycanın sosial sistemi inkişaf etmiş olduğu üçün bəlkə də bəzi sığortalara böyük ehtiyac yoxdur".

Ən sərfəli kredit üçün müraciət et


M.Ucaroğlunun sözlərinə görə, sığorta bazarında əmlak və sağlamlıq sığortalarının payı da artmalıdır. "İnanıram ki, Azərbaycan 5-7 il müddətində ciddi irəliləyiş edəcək". Qonşu Türkiyə təcrübəsini misal göstərən ekspertin sözlərinə görə, hazırda qonşu ölkədə evlərin sığortalarına maraq artmaqdadır. Bundan başqa, xarici şirkətlərlə ticarət əlaqələri artdığı üçün üçün məsuliyyət (cavabdehlik) sığortalarına da tələbat artmağa başlayıb.

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et