Azərbayanda hətta "Avro-5" avtomobillər buraxılır | Banco.az

Azərbayanda hətta "Avro-5" avtomobillər buraxılır

Naxçıvanda istehsal olunan “Naz Lifan" avtomobillləri nəinki "Avro-4", hətta "Avro-5" standartına uyğundur”.  Bu barədə Naxçıvan Avtomobil Zavodunun (NAZ) satış üzrə meneceri Mətin Əliyev açıqlama verib.
Qeyd edək ki, Azərbaycanda aprelin 1-dən qüvvəyə minmiş "Avro-4" standartlarının tələblərinə görə, ölkəyə bu standartlara cavab verməyən maşınların idxalı dayandırılıb.
M.Əliyev bildirib ki, "NazLifan" avtomobilləri hələ iki əvvəldən - 2012-ci ildən "Avro-4" standartına uyğunlaşdırılıb.
Zavodda yeni yığılmağa başlanan "Nazlifan 330" avtomobilləri "Avro-5" standartına  uyğunlaşdırılıb. Yaxın vaxtlarda digər modellərin də  bu standarta uyğunlaşdırılması gözlənilir.  

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et