Azər Türk Bankda struktur dəyişikliyi və Yeni TƏYİNAT | Banco.az

Azər Türk Bankda struktur dəyişikliyi və Yeni TƏYİNAT

“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının qərarına əsasən bankın baş ofisi üzrə yeni təşkilati struktur qüvvəyə minmişdir.

Bankdan banco.az-a verilən məlumata görə, kredit və Biznesin inkişafı departamentlərinin bazasında Pərakəndə bankçılıq və Korporativ bankçılıq departamentləri yaradılmışdır.

Əvvəllər şöbə kimi fəaliyyət göstərən, Biznes proseslərin idarə edilməsi departamenti yaradılmışdır. Həmin şöbənin müdiri olmuş Araz Gəncəli yeni departamentin direktoru vəzifəsinə təyin edilmişdir.

Yeni strukturda İdarə Heyəti sədrinin Aparatı, həmçinin bankdaxili protokollaşma və karküzarlıq funksiyalarını yerinə yetirən qurum olaraq, nəzərdə tutulmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Bir sıra şöbə və departamentlərin adlarında dəyişikliklər edilmişdir. O cümlədən, Strateji planlaşdırma və marketinq və Maliyyə institutları və hesablaşmalar departamentləri müvafiq olaraq Marketinq departamenti və Hesablaşmalar departamenti adlandırılmışdır.

Bu dəyişikliklər ilk növbədə fiziki və hüquqi şəxs olan müştərilərə xidmətin keyfiyyətinin daha da artırılması, sabit inkişafın təmin edilməsinə  yönəldilmişdir.

Bu barədə ətraflı məlumatı   http://www.azerturkbank.az/bank/structure/ ünvanından əldə edə bilərsiniz.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et