Azər Türk Bank kredit ödənişlərinə СashBack tətbiq edir | Banco.az

Azər Türk Bank kredit ödənişlərinə СashBack tətbiq edir

Daim müştərilərnin rifahı qayğısına qalan dövlət bankı Azər Türk Bank bu istiqamətdə daha bir maraqlı yeniliyin tətbiqinə qərar verib. Bank cari ilin 1 may tarixindən etibarən müştəriləri üçün sərfəli “Kredit ödənişi üzrə CashBack” adlanan xidmətə başlayır.

Belə ki, Azər Türk Bankın təqdim etdiyi “İstehlak” krediti məhsulu üzrə 18 aydan yuxarı müddətə rəsmiləşdirilmiş kreditlər üzrə ödənişlər gecikdirilmədən, qrafik üzrə müəyyən edilmiş vaxtda və məbləğdə həyata keçirildiyi halda, aylıq ödənilən vəsaitin 1,5%-i müştərinin arzusuna uyğun olaraq, onun cari hesabına yaxud Azər Türk Bankdakı kart hesabına qaytarılacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Məsələn, müştərinin aylıq ödənişi 1000 manatdırsa  və ödənişi hansı ay vaxtında həyata keçirərsə, həmin məbləğdən 15 manat müştəriyə qaytarılır.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı  www.azerturkbank.az  saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et