Azər Türk Bank “Bu fəsil istədiyini al!” kampaniyasına start verdi | Banco.az

Azər Türk Bank “Bu fəsil istədiyini al!” kampaniyasına start verdi

Dövlət bankı Azər Türk Bank  “Bu fəsil istədiyini al!” adlı kampaniyaya başlayır.

Kampaniyanın əsas məqsədi, kredit əldə etmək istəyən müştərilərə, təklif edilən güzəştlərdən yararlanmaqla, ödəmələrini daha rahat və asan həyata keçirmələri üçün imkan yaratmaqdır.

2 sentyabr-29 noyabr tarixləri arası davam edəcək kampaniya müddətində “İstehlak” krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 3%-dək endirim tətbiq edilir. Həmçinin müştərilər kampaniya çərçivəsində 48 ay müddətinə kredit əldə etmək imkanı qazanacaqlar. Endirimdən sonra kreditlərin illik faizi dərəcəsi 17%-dən başlayır.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, Bank göstərilən tarixlər ərzində zaminsiz verilən kreditin məbləğinin 15000 (on beş min) AZN səviyyəsinədəkartırılması barədə qərar vermişdir.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et