AXA MBASK Sığorta şirkəti zərərdədir - İLLİK HESABAT | Banco.az

AXA MBASK Sığorta şirkəti zərərdədir - İLLİK HESABAT

AXA MBASK Sığorta şirkəti 2017-ci il üzrə illik maliyyə hesabatını açıqlayıb.

Belə ki, şirkətin 31 dekabr 2017-ci il tarixinə cəmi aktivləri 33,770 mln. manat təşkil edib. Bu isə ötən ilin əvvəli ilə müqayisədə 12%-ə yaxın azdır. Aktivlərin 9,703 mln. manatı uzunmüddətli, 24,067 mln. manatı isə qısamüddətli aktivlərdir.

Şirkətin cəmi öhdəliklərində də azalma müşahidə olunub. Belə ki, öhdəliklərin həcmi 1 il ərzində 18 mln. manatdan 15 mln. manata düşüb. Öhdəliklərin həcmində təkrarsığorta əməliyyatları üzrə öhdəliklər 1,673 mln. manat təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

AXA MBASK Sığorta şirkətinin cəmi kapitalı 1,5 mln. manata yaxın azalaraq 18,603 mln. manat olub. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 19,734 mln. manat idi.

2017-ci ilin sonuna cəmi gəlirləri 27,339 mln. manat, cəmi xərcləri isə 27,707 mln. manat olduğundan şirkət 2017-ci ili 368 min manat zərərlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et