Avtomobillərin icbari sığortası ilə bağlı ödənişin maksimal həddi artırıla bilər | Banco.az

Avtomobillərin icbari sığortası ilə bağlı ödənişin maksimal həddi artırıla bilər

Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı zərərçəkmişlərə ödənilən sığorta pulunun maksimal həddi artırıla bilər.

Bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə İSB-nin və Maliyyə Bazarlarına Nəzarət Palatasının informasiya sistemində olan məlumatlar cəmləşdirilir və aktuari heyəti tərəfindən qiymətləndirmələr aparılır.

“Bu qiymətləndirmələr əsasında hesabat hazırlanaraq Palataya təqdim olunacaq. Ödənişin maksumal həddi aktualdır. Çünki, son dəyişiklikdən 8 il keçib. Hazırda bu məbləğ 5 min manatdır ki, devalvasiyadan sonra dollarla ifadədə 2 dəfə azalıb. Doğrudur, Azərbaycanda avtomobil qəzası nəticəsində dəyən zərərin məbləği orta hesabla 1 100-1 200 manatdır. Lakin yüzlərlə sığorta hadisəsi var ki, dəyən zərərin məbləği 5 000 manatdan çoxdur. Bu ayın sonunda aktuarilərin təklifləri hazır olacaq, ortaya çıxan rəqəmlərə uyğun addımlar atılacaq. Söhbət sığorta təminatı ilə yanaşı, sığorta tariflərindən də gedir”, - deyə R.Əhmədov qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

Report.az 

Ən sərfəli krediti almaq üçün müraciət et