Avtomobillərə internet gəlir | Banco.az

Avtomobillərə internet gəlir

Avtomobil həvəskarlarına şad xəbər. “Bosch” gələcəkdə interneti avtomobilin ayrılmaz parçası halına gətirmək barədə düşünür. Belə ki, yeni avtomobillərdə artıq sürücülərin rahatlığını, təhlükəsiz formada internetdən istifadəsini təmin etmək məqsədilə avtomobillər internet şəbəkəsinə qoşulacaq.
“Bosch” firmasının Türkiyə nümayəndəsi Steven Young bu barədəki müsahibəsində bildirib: ”Avtomobilin internetə qoşulması yeni bir dövrün başlanğıcından xəbər verir. Bu vaxta qədərki dövrdə avtomobildən istifadə edən sürücülər demək olar ki, ətrafdan təcrid olunmuşdular. Bu yeni vasitə isə onlara avtomobil istifadə edərkən də internetdən istifadə imkanı yaradır”.
Bu fikirlərdən də belə qənaətə gəlirik ki, iyirmi il əvvəl kompüter dünyasında inqilab edən internet gələcəkdə avtomobillərdə yeni bir dövrün başlanmasına imza atacaq. Belə ki, bu yeni texnologiyanın tətbiqi sürücülərə avtomobilin ön şüşəsindən ana səhifə kimi istifadə etməyə imkan yaradacaq. Ana səhifədə avtomobil, onun xüsusiyyətləri haqqında sürücüyə lazım olan bütün məlumatlar yer alacaq. Eyni zamanda sürücünün müxtəlif situasiyalarla bağlı yarana biləcək suallarını cabalandırmaq üçün imkanlar yaradılacaq.


 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et