Avtomobil sığortasında ödənişlər azalıb | Banco.az

Avtomobil sığortasında ödənişlər azalıb

Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.

KİV-i Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-avqust dövründə sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 17 milyon 286 min manat sığorta haqqı hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur. Ötən ilin yanvar-avqust dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 14 milyon 245 min manat sığorta haqları hesabalanmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Toplanmış sığorta haqlarının artmasına baxmayaraq ödənişlər 20,6% azalıb. 2017-ci ilin 8 ayı ərzində 7 milyon 393 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 5 milyon  870 min manata düşüb.

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et