Avtomobil idxalının azalmasına səbəb nədir? | Banco.az

Avtomobil idxalının azalmasına səbəb nədir?

May ayı ərzində idxal olunan avtomobillərin sayında azalma qeydə alınıb. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev açıqlama verib. A. Əliyev bildirib ki, avtomobillərin idxalında azalma müşahidə olunsa da, insanların bu sahə üzrə tələbatı tam şəkildə ödənilir. Ekspertlər isə avtomobil idxalının azalmasında bəzi səbəblərin mühüm rola malik olduğunu qeyd edirlər. Kredit məhdudiyyəti və “Avro-4” standartına keçid – avtomobil idxalının azalmasına səbəb olan əsas amillər kimi qiymətləndirilir. Mövzu ilə bağlı daha ətraflı məlumatı aşağıdakı süjetdən izləyə bilərsiniz: 

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et