Avtomobil idxalında sürət düşmür - 2 QAT ARTIM | Banco.az

Avtomobil idxalında sürət düşmür - 2 QAT ARTIM

2019-cu ilin Yanvar- İyul ayları ərzində Azərbaycana 22 min 974 ədəd cəmi nəqliyyat vasitəsi idxal olunub.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu, 2018-ci ilin Yanvar-İyul dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Ötən ilin Yanvar-İyul dövründə ölkəmizə 11 min 700 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

ƏN ÇOX AYLIQ İDXAL İYULDA QEYDƏ ALINIB

2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyunun 3 min 155 ədəd, İyulunda isə 4 min 234 ədəd nəqliyyat vasitəsi idxal edilib.  

Ən sərfəli kredit üçün müraciət et

O cümlədən, 2019-cu ilin Yanvar-İyul aylarında 20 min 800 ədəd minik avtomobili, 139 ədəd avtobus, 1 943 ədəd yük avtomobili və 92 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

​Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-İyul dövründə 10 min 402 ədəd minik avtomobili, 69 ədəd avtobus, 1 157 ədəd yük avtomobili və 72 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et