Avropanın ən böyük iqtisadiyyatından daha bir pis xəbər | Banco.az

Avropanın ən böyük iqtisadiyyatından daha bir pis xəbər

Almaniyada zavod sifarişləri 15 ayın ən aşağı səviyyəsinə enib

Almaniyada zavod sifarişləri Avqust ayında geriləməkdə davam edib və Avropanın ən böyük iqtisadiyyatını durğunluq həddinə gətirən sənayenin azalmasını artırıb.

İqtisadiyyat Nazirliyi tərəfindən Bazar ertəsi günü verilən məlumata görə, zavod sifarişləri bir əvvəlki aya nisbətən 0.6 faiz azalıb. Daxili sifarişlər isə 2.6 düşüb. Azalmanın 0.3 faiz olacağı nəzərdə tutulmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

İllik müqayisədə isə sifarişlər 15 ayın ən aşağı səviyyəsinə enib.

Almaniyada iqtisadi vəziyyətin pisləşməsinin əsas səbəbləri - müqaviləsiz Brexit-ə dair artan risklər və ticarət müharibələridir. Almaniya iqtisadiyyatı ixraca söykənib. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et