Avropalılar və amerikalılar iri internet şirkətlərinə əlavə vergi qoyulmasına tərəfdardırlar | Banco.az

Avropalılar və amerikalılar iri internet şirkətlərinə əlavə vergi qoyulmasına tərəfdardırlar

"Sputnik" agentliyinin apardığı rəy sorğusuna əsasən, avropalıların böyük əksəriyyəti, amerikalıların isə yarıdan çoxu "Facebook", "Apple", "Google2 və "Amazon" kimi iri şirkətlərə əlavə vergi qoyulmasına səs veriblər.

Fransada respondentlərin 79 faizi bu şirkətlərə vergi qoyulmasının nəticələrini elan etməyi məqsədəuyğun bilib. Almaniyanın və Böyük Britaniyanın sakinləri adları çəkilən şirkətlərə gələcəkdə əlavə vergilər qoyulmasına tərəfdar olduqlarını bildiriblər. Rəyi soruşulan almanların 72, britaniyalıların isə 71 faizi bu təklifə səs verib. Amerikalılar isə məsələyə bir qədər tərəddüdlə yanaşıblar. Bununla belə, sorğuda iştirak edən amerikalıların 53 faizinin mövqeyinə görə, inhisarçı internet şirkətləri əlavə vergi ödəməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Sorğunun nəticələrinin maksimal səhvetmə ehtimalı təxminən 3,1 faiz təşkil edir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç