Avropada, Huewei P20 Lite (2019) smartfonu təqdim edilib | Banco.az

Avropada, Huewei P20 Lite (2019) smartfonu təqdim edilib

Huewei P20 Lite modelini əvəz edən Huawei P20 Lite(2019) bir neçə yenilik əldə edib

“Huawei” şirkəti, hay-küylü reklamdan yan keçərək, Avropa ərazisində Huawei P20 Lite (2019) smartfonunu təqdim etdi.

Telefon artıq İsveçrədə, təxminən, 269 avroya satışa çıxarılıb.

Huawei P20 Lite modelini əvəz edən Huawei P20 Lite (2019) bir neçə yenilik əldə edib. İndi qradient rənginə malik olan arxa paneldə dörd görüntü sensoru və barmaq izlərinin skaneri daxil olmaqla, əsas kamera yerləşir.

Ən sərfəli kredit üçün müraciət et

Huewei P20 Lite (2019) Kirin 710 vahid sistem əsasında qurulub, təchizata 4 GB RAM və 64 və ya 128 GB quraşdırılmış flash yaddaş daxildir. Yenilik 4000 ma•s və Android 9 Pie əməliyyat sistemi olan bir batareyaya malikdir.

Eyni zamanda, Çində, oxşar xüsusiyyətlərə malik olacaq digər bir model - Huawei Nova 5i-nin anonsuna hazırlıq gedir.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et