Avropa Mərkəzi Bankından gələn həftə faiz endirimi gözlənilir | Banco.az

Avropa Mərkəzi Bankından gələn həftə faiz endirimi gözlənilir

Ticarət müharibələrinə görə iqtisadi inkişafda zəiflik, inflyasiyanın hədəfə çatmaması kimi səbəblər ilə əlaqəda olaraq Avropa Mərkəzi Bankının (AMB) 12 Sentyabrdakı iclasında faiz endiriminə getməsi və yeni bir monetar genişlənmə proqramı (Quantitative easing - kəmiyyət yumuşaldılması) açıqlaması gözlənilir.

Ümumi gözlənti mənfi 0.4% olan depozit faizində 10 bənd endirim olacağı istiqamətindədir. İqtisadçılar Dekabr ayı toplantısında da eyni dərəcədə endirim gözləyirlər. Oktyabr ayında vəzifə müddəti başa çatacaq sədr Mario Draghi İyulda verdiyi açıqlamasında mənzərənin getdikcə pisləşdiyini qeyd etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

"Unicredit"in baş iqtisadçısı Daniel Vernazza da Avropa Mərkəzi Bankının bu həftəki iclasında faiz azaldacağını və yeni bir pullu genişlənmə proqramı açıqlayacağını bildirib.

Vernazza, "Bir təşviq planı açıqlanacağını və faizin də 10 bənd aşağı salınacağını gözləyirik. Daha böyük bir endirim də ola bilər. İnflyasiya 2%-lik hədəflərinə qayıdana qədər dəsrəkləyici olmağa davam edəcəklər",- deyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et