Avropa Mərkəzi Bankı uçot dərəcəsini dəyişdimi? | Banco.az

Avropa Mərkəzi Bankı uçot dərəcəsini dəyişdimi?

Avropa Mərkəzi Bankı (ECB) bugünkü iclasında uçot dərəcəsini dəyişdirməyərək yenidən 0% səviyyəsində təsdiqləyib.

"Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, bununla yanaşı, ECB monetar ekspanisya proqramı çərçivəsində aylıq istiqraz alışının həcmini 80 mlrd. avrodan 60 mlrd. avroya endirib. 

Həmçinin, ECB depozit faizini -0,4% və marjinal borcvermə faizini 0,25% səviyyəsində təsdiqləyib. Bank açıqlamasında atdığı addımı iqtisadiyyatın yavaş tempdə toparlanması və bölgədə dalğalanma riskinin davam etməsi ilə izah edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ECB-nin qərarı maliyyə bazarları tərəfindən əvvəlcədən ehtimal edildiyinə görə, avronun məzənnəsində ciddi dəyişiklik olmayıb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et