Avropa Liqasının finalı və AVRO-2020 ilə əlaqədar vergi güzəştləri qəbul edilib | Banco.az

Avropa Liqasının finalı və AVRO-2020 ilə əlaqədar vergi güzəştləri qəbul edilib

Azərbaycanda Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq olunub.

Dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək UEFA Avropa Liqasının final matçı və AVRO-2020-nin oyunları ilə əlaqədar ölkəyə idxal olunan aksizli mallar aksizdən azad ediləcək. Dəyişikliklərə aşağıdakılar daxildir:

- Malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb edilmiş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində, qeyri-rezident futbol klublarının oyunçularının və işçilərinin həmin oyunlar ilə bağlı əldə etdiyi gəlirlər gəlir vergisindən azad olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

- UEFA-nın, onu təmsil edən və onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) həmin oyunla və çempionatla bağlı əldə etdiyi gəlirləri mənfəət vergisindən azad olunacaq.

- UEFA, onun yaratdığı qeyri-rezident hüquqi şəxslər və qeyri-rezident futbol klubları (assosiasiyaları) tərəfindən həmin oyunla bağlı malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ƏDV-dən azad ediləcək və ya ƏDV sıfır dərəcə ilə tutulacaq.

Qanun oyunların keçirildiyi müddətdə - 2019-cu il martın 1-dən 2020-ci ilin 1 avqustunadək qüvvədə qalacaq.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et