Avropa Komissiyası təyyarə yanacağına vergi qoymağı planlaşdırır | Banco.az

Avropa Komissiyası təyyarə yanacağına vergi qoymağı planlaşdırır

Mətbuatda yayılan məlumata əsasən, Avropa Komissiyasının sifarişi ilə hazırlanmış hesabatda aviasiya kerosini üçün vergi qoyulmasının nə dərəcədə məqsədəuyğun olması məsələsi apaşdırılıb. Komissiyanın baş nəqliyyyat idarəsi hələ 2017-ci ildə aviakerosin üçün vergi tətbiq olunmasının ətraf mühitə və aviasiya daşımalarına hansı mümkün təsirlər göstərə biləcəyi ilə bağlı araşdırma aparmağı sifariş etmişdi. Hesabatda bildirilib ki, Avropa İttifaqının hakimiyyət dairələri yanacağın hər litri üçün 0,33 avro vergi qoyması bu sahəyə təsirsiz qala bilməz. Hesabat müəlliflərinin mövqeyinə görə, yeni verginin üç nəticəsi olacaq: biletlərin qiyməti qalxacaq, təyyarə reyslərinin sayı azalacaq, əvəzində isə Avropa səması daha təmiz olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

    Ən sərfəli krediti almaq üçün müraciət et