Avropa Bankı: Hökumət Beynəlxalq Bankla bağlı mühüm addımlar atıb | Banco.az

Avropa Bankı: Hökumət Beynəlxalq Bankla bağlı mühüm addımlar atıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) "Dayanıqlı İnkişaf. Keçid Hesabatı 2017-18" adlı hesabatını açıqlayıb.

Bankın Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, EBRD-nin baş iqtisadçısı Sergey Quriyev tərəfindən hazırlanan hesabat maliyyə təşkilatının sərmayə yatırdığı inkişaf etməkdə olan ölkələri əhatə edib.

Ən sərfəli kredit üçün müraciət et

Müəllif deyir ki, regionda iqtisadi islahat meylləri nəzərə çarpmaqdadır.

Azərbaycandakı iqtisadi islahatlara toxunan EBRD bildirir ki, özəlləşdirilməyə hazırlıq məqsədilə ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiyası ilə əlaqədar hökumət mühüm addımlar atıb.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et