Avronun daha da bahalaşacağı proqnozları güclü olaraq qalır | Banco.az

Avronun daha da bahalaşacağı proqnozları güclü olaraq qalır

Foreks bazarların dolların aparıcı valyutalara nisbətən qiymətlərinin daha da ucuzlaşa biləcəyi proqnozları üçün güclü əsaslar diqqət mərkəzindədir.

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ABŞ-Şimali Koreya zirvə toplantısı fonunda verilən açıqlamalarla 0.3% bahalaşsa da iqtisadi-fundamantal təzyiqlər güclü olaraq qalır. 

Amerika Mərkəzi Bankının (FED) siyasətində ciddi dönüşlər, dolların daha da ucuzlaşa biləcəyi proqnozları üçün ciddi əsaslar yaradır və bu, tendensiyanı daha da dərinləşdirir. 

Ən sərfəli kredit üçün müraciət et

GBP/USD məzənnəsi də Breksit fonunda yeni müsbət xəbərlərlə 1.33$-a kimi bahalaşıb və bu səviyyənin üzərində möhkəmlənərsə, 1.36$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

Avronun qiymətində də 1.15$-a kimi proqnozlar güclü olaraq qalır.

Enerji birjalarında isə neft qiymətlərində bahalaşma müşahidə edilib. ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəricilərdən sonra Avropanın Brent neftinin bir barel qiyməti 67$-a kimi dəyər qazanıb və yenidən 68$-a kimi dəyər qazana bilər.

InvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et