"Avro/dollar 1.10-a qədər düşə bilər" | Banco.az

"Avro/dollar 1.10-a qədər düşə bilər"

Holandiyanın qlobal bankı və maliyyə xidmətləri şirkəti "Rabobank"ın FX strategiya direktoru Jane Foley ticarət müharibəsinin ola biləcək təsirləri barədə danışıb, Avro/dollar üzrə proqnozunu açıqlayıb.

"Bloomberg"ə istinadən xəbər verilir ki, "Rabobank" 1 avronun 1.10 dollara düşəcəyini gözləyir. 

"Avro/Dollar bir neçə aydır müəyyən bir aralıqda gedib gəlir. Dollar güclənə bilər və Avro/dollar 1.10-a qədər geriləyə bilər. Çox böyük bir hərəkət deyil, lakin psixoloji olaraq böyük bir hərəkət olacaq. Dolların güclənəcəyini düşünməmizin səbəbi qlobal mühit və Çin iqtisadiyyatının ticarət müharibəsinə görə gördüyü təzyiqdir.

Ən sərfəli kredit üçün müraciət et

Qarşıdakı aylarda Çin yuanında zəifləmə görəcəyimizi düşünürük. Əgər belə bir şey olsa inkişaf edən bazarlardan və Asiya iqtisadiyyatlarından çıxış görə bilərik. Dollara təkrar girişlər ola bilər. İran tərəfindən gələn xəbərlər də geo-siyasi risk gətirir. Eyni zamanda, dollar "etibarlı liman" funksiyasını yerinə yetirir və bu şəkildə də güclü qalmağa davam edir. Bu an çox gərgin bir bazar mühiti mövcuddur".

Bakı vaxtı ilə saat 14:00-da Avro/dollar məzənnəsi 1.1153 səviyyəsində olub. Dollar avro qarşısında 0,1% də bahalaşıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et