Avro və Pound 1%-ə kimi ucuzlaşa bilərlər | Banco.az

Avro və Pound 1%-ə kimi ucuzlaşa bilərlər

Avropa və İngiltərədə qlobal iqtisadiyyata dair gözləntilərin azalması və sazişsiz Breksit təhlükəsinin artması ehtimalları diqqət mərkəzində qalmaqdadır.

Beynəlxalq maliyyə bazarlarında EUR/USD və GBP/USD məzənnələrində ticarət aktivliyinin azalması müşahidə edilir. 

Lakin Avropa və İngiltərədə qlobal iqtisadiyyata dair gözləntilərin azalması və sazişsiz Breksit təhlükəsi artdıqca, avro və funtun qiymətlərində ucuzlaşma proqnozları da artacaqdır. 

Beləliklə, EUR/USD 1.11$, GBP/USD məzənnəsi isə 1.26$-ın altında qaldıqca, 1%-ə kimi ucuzlaşa bilərlər. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 15:00-da İngiltərədən açıqlanacaq faiz qərarı, saat 16:30-da Amerikadan sənaye və 18:00-da tikinti sektoruna dair önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. 

Enerji birjalarında da Avropanın Brent markalı neftinin bir barel qiymətinin 70$-a kimi güclü bahalaşmadan sonra 64$-a kimi müşahidə edilən ucuzlaşmanın 60$-a kimi də davam edə biləcəyi proqnozlaşdırılır. 

InvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et