Avro necə yarandı? | Banco.az

Avro necə yarandı?

Avropa İttifaqına üzv olan ölkələrin istifadə etdiyi pul vahidi olan Avro iqtisadiyyatda böyük bir pay sahibidir. Bəs, Avro necə meydana gəldi? Avronun yaxın tarixinə nəzər salaq. 

ABŞ dollarından sonra dünyanın ən böyük ikinci valyutası olan avro 1999-cu ildə imzalanmış sazişlə Avropa İttifaqının yeni valyutası oldu. 2002-ci ildə isə istifadəyə verilmişdir. 

Avropa İttifaqına üzv olan ölkələr gələcəklərini təmin edə bilmək adına ortaq pul vahidindən istifadə etmək istədilər. Avronun tək pul vahidi olaraq istifadə edilməsi Avropa Birliyi ölkələri arasında ticarət əlaqələrinin daha asan həyata keçməsini təmin etdi.

2002-ci ildə dünya tərəfindən istifadə edilməyə başlansa da, avronun təməli əslində 1995-ci ildə reallaşan Avropa Şurası konfransında atıldı. Yeni bir Avropa Valyuta Sisteminin qurulmasına imkan tanıyan bu pul vahidində, dünyanın ən güclü ölkələri arasında olan İngiltərə yer almır. İngiltərənin Avrodan istifadə etməməsinin bir çox səbəbləri sıralansa da, əsl səbəb poundun hələ də güclü olmasıdır. 

1997-ci ildə Amsterdam sammiti Avropa İttifaqına üzv ölkələrin büdcə sahəsindəki intizam qaydalarına daimi uyğunlaşmasını təmin etmək məqsədi güdən Stabillik və İnkişaf Paktının yaradılmasını təsdiqlədi.

17 noyabr 1997-ci ildə ECOFIN (üzv ölkələrin iqtisadiyyat və maliyyə nazirlərinin iştirakı ilə yaradılan şura), Avro banknotlarının və sikkələrinin 01 yanvar 2002-ci ildən qüvvəyə minməsini qərara aldı.

Ən sərfəli kredit üçün müraciət et

Avro şurasının qurulmasıyla birlikdə Avropa İttifaqına üzv olan ölkələr artıq tək bir pul vahidi ətrafında toplaşdılar.

1998-ci ildə qərar qəbul edildi.

1998-ci ildə Brüsseldə bir araya gələn Aİ üzvləri, hansı ölkələrin avroya keçməsinə qərar verdi. Bu ölkələrin istifadə etdikləri pul vahidlərinin qarşılıqlı sabit məzənnə dərəcələri qərarlaşdırıldı. Maastrixt razılaşmasıyla birlikdə meyarlara uyğunlaşan ölkələr avroya keçməyə haqq qazandı. Bu ölkələr Almaniya, Avstriya, Belçika, Finlandiya, Fransa, Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq və Portuqaliya idi. O zamandan bəri avro Avropa İttifaqının rəsmi valyutası oldu.

Aİ-na üzv olmayan ölkələr avrodan istifadə edirmi?

Avropa İttifaqına üzv olmayan bəzi ölkələr avro istifadə edə bilirlər. Andorra, Monako, San Marino və Vatikan Aİ üzvü deyil, ancaq müqavilələr çərçivəsində avrodan istifadə edirlər. Monteneqro, Kosovo və Zimbabve Aİ ilə müqavilə imzalamadan avrodan istifadə edirlər.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et