Avro, funt və qızılın qiymətləri investorların diqqət mərkəzində | Banco.az

Avro, funt və qızılın qiymətləri investorların diqqət mərkəzində

Beynəlxalq maliyyə bazarlarında bu həftə avro, funt və qızılın qiymətləri investorların diqqət mərkəzində olacaqdır.

 

EUR

Beynəlxalq valyuta birjalarında avroya olan tələbin artması müşahidə edilməkdədir və bunun EUR/USD məzənnəsinin 1.1350$-a kimi bahalaşamasına səbəb ola biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da Avrozonanın iqtisadi gözləntilərinə və çərşənbə günü saat 13:00-da Avrozonanın inflyasiyasına dair yayımlanacaq önəmli fundamental göstəricilər də bu həftə investorların diqqət mərkəzində olacaqdır.

 

GBP

GBP/USD məzənnəsində bahalaşma avronun qiyməti ilə müqayisədə zəif olsa da burada 1.3164$-a kimi bahalaşma proqnozları aktuallığını qorumaqdadır.

Lakin Breksit sazişi fonunda müzakirələrin uzanması və bu proses fonunda yaranmış iqtisadi risklərin iqtisadiyyata təsirini ölçmək üçün bu həftə açıqlanacaq fundamental göstəricilər də önəmli rol oynayacaqdır. Belə ki, çərşənbə axşamı saat 12:30-da işsizlik və çərşənbə günü saat 12:30-da inflyasiya ilə bağlı vacib göstəricilər açıqlanacaqdır.

 

Ən sərfəli kredit üçün müraciət et

TRY

Türkiyədə inflyasiyanın artması, valyuta birjalarında USD/TRY məzənnəsinin də 5.80TL-yə kimi bahalaşmasına səbəb olub və 5.85TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.98TL-yə kimi də bahalaşa bilər.

 

OIL

Avropanın Brent markalı neftinin qiyməti 71$-a ticarət edilməkdədir və 72$-ı yuxarı istiqamətdə qırarsa, 73 və 74$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

Əlvan metallar bazarlarında qızılın qlobal artım dalğası fonunda son iki ay ərzində 5%-lik korreksiyasının şahidi oluruq. Valyuta birjalarında dolların təzyiq altında olması isə qızılın yenidən bahalaşa biləcəyinin çox uzaqda olmamasına işarədir.

Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti yenidən 1295$-ı (41.6 $/qram) yuxarı istiqamətdə qırarsa, 1310$-a (42.1 $/qram)  kimi dəyər qazana bilər.

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et