Avro dollar qarşısında 3 ayın ən yüksək səviyyəsində | Banco.az

Avro dollar qarşısında 3 ayın ən yüksək səviyyəsində

Avro Fed-in faizləri Avropa Mərkəzi Bankından (AMB) daha sürətli bir şəkildə aşağı salacağı barədə investor gözləntisinin təsiri ilə dollar qarşısında üç ayın ən yüksək səviyyəsinə qalxıb.

ABŞ-ın 10 illik istiqrazlarına üstünlük verən investorlar Almaniya istiqrazlarına yönəlib. Bu proses Avronu bahalaşdırır. 

Valyuta bazarlarının gözləntisi Fed-in gələn ay faiz endirəcəyi istiqamətindədir. Buna qarşı, AMB-nin Sentyabr ayında faiz endirməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Ötən həftə AMB Sədri Mario Draghi lazım olması vəziyyətində əlavə monetar təşviq siqnalı vermişdir.

Dollar G - 10 pullarının çoxu qarşısında ötən həftə ucuzlaşıb. Dolların 10 mühüm bazar pulu qarşısındakı dəyərini ölçən Bloomberg Dollar İndeksi 5 gündə təxminən 1.34 faiz geriləyib. 

Avro/dollar məzənnəsi Bazar ertəsi əməliyyatlarda 1.1399 ilə Martın ortasından bəri görülən ən yüksək səviyyəyə qalxmasının ardından 1.1386-ya düşüb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et