“AVRO-2020”nin bilet qiymətləri açıqlandı | Banco.az

“AVRO-2020”nin bilet qiymətləri açıqlandı

12 iyun-12 iyul 2020-ci ildə Avropanın 12 şəhərində - Amsterdam, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma, Sankt-Peterburq və Bakıda keçiriləcək Futbol üzrə Avropa Çempionatının (UEFA EURO 2020) biletlərinin qiymətləri açıqlanıb.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb.

Satışa çıxarılan biletlərin 2,5 milyonu – 82 faizi birbaşa olaraq futbol azarkeşlərinə satılacaq.

Biletlərin ilk partiyası 12 iyun- 12 iyul (2019) tarixlərində EURO2020.com saytında onlayn satışa çıxarılacaq. Söhbət 1,5 milyona yaxın “neytral” biletdən gedir. İkinci mərhələdə satışa çıxarılacaq bir milyon bilet isə 30 noyabr püşatmasından sonra müstəsna olaraq iştirakçı komandaların azarkeşlərinə satılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qalan biletlər isə UEFA “AVRO-2020”nin pley-off mərhələsinə vəsiqə qazanmış yığmaların azarkeşləri üçün saxlanılacaq və yalnız 26 mart-31 mart (2020) tarixlərində əldə etmək mümkün olacaq.

Birinci mərhələdə 51 matç üçün nəzərdə tutulan biletlər 100 avrodan ucuz satılacaq. Bakı, Buxarest və Budapeştdə keçirilən qrup mərhələsi, 1/16 və 1/4 (Bakıda) final mərhələlərinə biletlər kateqoriyalardan asılı olaraq, 30, 75 və 125 avroya satılacaq.

Turnirin yarımfinal mərhələsinə biletlərin qiyməti isə 195, 345 və 595 avro arası dəyişəcək. Final matçının qiymətləri isə 295, 595 və 945 avro təşkil edir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et