Avqust ayında banklar hansı xəbərlərlə gündəmdə olub? | Banco.az

Avqust ayında banklar hansı xəbərlərlə gündəmdə olub?

Avqust ayında banklar daha çox mənfi xəbərlər ilə gündəmdə olub. Bunu Banco.az portalına Media Təqib Mərkəzi bildirib. Portala daxil olan məlumatda vurğulanıb ki, Media Təqib Mərkəzi 2015-ci ilin avqust ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1200 sayt (o cümlədən, 400 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Şirkət banklarla bağlı avqust ayı üzrə məlumatları təqdim edir.

2015-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 1084 xəbər yerləşdirilib. 9694 xəbərdən 9053-ü neytral, 600-ü mənfi, 41-i isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasinda 12 bankın adı hallanır, bu xəbərlərin məzmunu bankların müştəriləri aldatması və müflis olmaları ilə bağlıdır. Mənfi xəbərlər arasında liderlik isə Bank Technique (320 xəbər), Azərbaycan Kredit Bankı (85 xəbər) və Eurobanka (55 xəbər) məxsusdur. Xəbərlərdə müsbət cəhətləri qeyd olunan isə cəmi 3 bank olub: UniBank (34 xəbər), VTB Bank (6 xəbər) və ExpressBank (1 xəbər).

Xəbər sayına görə sıralama:

  1. Azərbaycan Beynəlxalq Bankı                                         3046 xəbər
  2.  Bank Technique                                                            782 xəbər
  3. UniBank                                                                       618 xəbər
  4. Kapital Bank                                                                 610 xəbər
  5. Bank of Baku                                                                345 xəbər

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 777 xəbər dərc edilib: 690 xəbər neytral, 84 xəbər mənfi, 3 xəbər isə müsbətdir.

Ən sərfəli kredit üçün müraciət et

Mənfi xəbərlər arasında 13 bankın adı çəkilir. Bu xəbərlər arasında EuroBank (26 xəbər), Texnika Bank (18 xəbər) və Kredit Bankı (9 xəbər) liderlik edirlər, xəbərlər isə bu bankların bağlanması ilə əlaqədar olub. Digər banklarda müştəri aldadılması və dələduzluq halları da qeydə alınıb.

Xəbər sayına görə sıralama:

  1. Azərbaycan Beynəlxalq Bankı                                                216 xəbər
  2. UniBank                                                                             71 xəbər
  3. Kapital Bank                                                                        61 xəbər
  4. AccessBank                                                                         58 xəbər
  5. Texnika Bank                                                                       55 xəbər

Avqust  ayında televiziya kanallarında banklarla bağlı 27 neytral xəbər göstərilib:

  1. Azərbaycan Beynəlxalq Bankı                                                   7 xəbər
  2. Atra Bank                                                                              6 xəbər
  3. Azər-Türk Bank                                                                       5 xəbər
  4. Ata Bank                                                                                2 xəbər
  5. UniBank                                                                                  2 xəbər

Ən sərfəli krediti almaq üçün müraciət et