«Atəşgah» SŞ və Hesab.az müştəriləri üçün yeni online təklif hazırlıb | Banco.az

«Atəşgah» SŞ və Hesab.az müştəriləri üçün yeni online təklif hazırlıb

“Atəşgah”sığorta şirkəti və Hesab.az ödəniş portalı müştəriləri üçün növbəti təklif hazırlayıb. “Atəşgah”-dan verilən məlumata görə, bundan sonra istənilən avtomobil sahibi Hesab.az portalında  “Atəşgah” SŞ-nin sadə və rahat sığorta məhsulu - «İcbari+» əldə etməklə öz mülki məsuliyyətinin limitini artıra bilər. Dəyəri 19 AZN olan «Icbari+» məhsulu məsuliyyət limitini 10 min AZN-ə qədər  artırmaq imkanı  verir.  

Bundan əlavə, «Icbari+» əldə etmiş hər bir müştəri, elə o andaca Hesab.az-dan 20 min.

hədiyyə bonusu, həmçinin mobil telefonunun balansını 5 AZN dəyərində artırmaq imkanı əldə edir.   

Ən sərfəli kredit üçün müraciət et

Sığorta şəhadətnaməsini əldə etmək üçün Hesab.az portalında “Sığorta” bölümünə daxil olmaq kifayətdir. Sığorta şəhadətnaməsi “Atəşgah” SŞ tərəfindən bir iş günü ərzində Bakı və Sumqayıt şəhərləri daxilində pulsuz olaraq istənilən ünvana çatdırılır. 

Onu da qeyd etmək lazımdır ki, daha əvvəl Azərbaycanın onlayn məkanında “Atəşgah” SŞ və Hesab.az portalı tərəfindən icbari avtomobil sığortasının onlayn satışı tətbiq olunmuşdu. "Yaxın perspektivdə müştərilərin rahatlığı və onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə digər məhsulların da tətbiqi planlaşdırılır"-deyə şirkətin məlumatında bildirilir.

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et