"AtaSığorta" ASC ipoteka krediti üzrə iri sığorta ödənişini həyata keçirib | Banco.az

"AtaSığorta" ASC ipoteka krediti üzrə iri sığorta ödənişini həyata keçirib

AtaSığorta 2014-cü ildə ilk iri sığorta ödənişini həyata keçirib. Şirkət tərəfindən fərdi qəza və xəstəlik sığortası üzrə 32,3 min manat sığorta ödənişi verilib.

Şirkətdən bazar ertəsi verilən məlumata görə, sığorta ödənişi ipoteka krediti üzrə borc alanın bank qarşısında öhdəliyinin yerinə yetirilməsinə yönəldilib. Bu iri sığorta ödənişinin həyata keçirilməsi "AtaSığorta" ASC-nin etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirib.

Müştəri məmnuniyyətinə diqqətini daima artıran AtaSığorta ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilər yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunub və onların məmnunluq səviyyəsi artıb. Müştəri məmnuniyyətinin qiymətləndirilməsi ilə məşğul olan yardımçı şirkətin bazar araşdırmasının nəticələri bunu bir daha sübut edir.

Ən sərfəli kredit üçün müraciət et

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 5 filial, 8 nümayəndəlik və 6 satış ofisi daxildir.

Mənbə: trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et