AtaBank haqqında bilməli olduğunuz faktlar | Banco.az

AtaBank haqqında bilməli olduğunuz faktlar

2017-ci Noyabrın 12-də AtaBankın 24 yaşı tamam oldu.  Ad günü ilə əlaqədar olaraq, Banco.az kollektivi AtaBank ilə bağlı kiçik araşdırmasını diqqətinizə təqdim edir.

1) Hazırda Bankın Bakıda 13 filial və üç şöbəsi və regionlarda 12 filial və 3 şöbəsi vardır. Həmçinin bankın xidmət şəbəkəsi  81 ATM və 18.000 POS terminal ilə təchiz olunub.

2) 2017-ci ilin 3-cü rübünə olan göstəriciyə əsasən bankın aktivlərinin həcmi  621 mln 975 min manatdır.Cəmi kapitalının həcminə görə isə ilk beşlikdədir - 149 mln 175 min manat.

3) Bankın indiyə qədərki ən böyük mənfəəti  2014-cü ildə qeydə alınıb: 6 mln 236 min manat.

4) Uzun fasilədən sonra bank sektoru 2017-ci ildə AtaBank və CDB Bankın timsalında müasir konsolidasiya prosesini izlədi. Konsoldasiyadan sonra adı saxlanılan brend Atabank oldu.

Ən sərfəli kredit üçün müraciət et

2017-ci il, 3-cü rüb

5) AtaBank Cənubi Qafqazda ilk ətirli kartlar emissiyaçısıdır. Bankın müştəriləri Visa Elektron Aroma Lemon və Visa Classic Aroma Coffee kartları ilə AtaBank fərqini bir daha duymuş oldular.

6) 2010-cu ildə AtaBank MDB məkanında bir ilkə imza ataraq,Visa Electron Vertical kartını buraxmaqla «yenilikçi» statusunu möhkəmləndirdi.

7) 2015-ci il tarixdən “AtaBank” ASC  Təmassız MasterCard Contactless və Visa PayWave kartları emissiya edilmişdir.

8) 2017-ci ildə “AtaBank” ASC dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay International" şirkəti ilə tərəfdaşlıq müqaviləsini imzalayıb.

9) Hazırda Bankın Müşahidə şurasının sədri – Fərid Hüseynov, İdarə heyətinin sədri isə Dəyanət Quliyevdir 

 

Ən sərfəli krediti almaq üçün müraciət et