AtaBank 22 min manat mənfəət qazanıb | Banco.az

AtaBank 22 min manat mənfəət qazanıb

Bank bu rübdə faizlərdən 24.9 milyon manat gəlir əldə edib. Faizlə bağlı xərcləri 17.8 milyon manat olaraq, ümumilikdə 7 milyon manat xalis faiz gəliri əldə edib. Bu isə 2019-cu ilin 2-ci rübünə nəzərən 1.9 milyon manat artım deməkdir.

Qeyri-faiz gəlirləri isə 3.5 milyon manat olsa da, bu qəbildən olan xərclər gəlirləri üstələdiyindən bankın 5 milyon manat əməliyyat zərəri yaranmışdır. Keçən rübə nisbətən bank bu rüb 2 dəfə daha çox əməliyyat zərəri ilə üzləşib.

Əvvəlki rüblə müqayisədə mənfəətin azalmasına baxmayaraq bank 3-cü rübü 22 min manat mənfəətlə tamamlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, bankın aktivləri 532 milyon manat olub ki, bu da keçən rüblə müqayisədə 39 milyon azalma deməkdir. Aktivlərin 14 dəfəyədək azalmasına baxmayaraq, məcmu kapitalda dəyişikliklər o qədər də nəzərə çarpmır. Bankın məcmu kapitalı 142.6 milyon manat olub, bu isə bank kapitalı baxımından kifayət qədər yüksək göstəricidir.

Bankın kredit portfeli 375 milyon manat, depozit portfeli isə 286 milyon manat olub.

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et